Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yevlaxda yol qəzasında sürücü hadisə yerində ölüb

Yevlaxda yol qəzasında sürücü hadisə yerində ölüb

Tarix: 19 Avqust 2021 08:44

Bakı-Qazax avtomagistralında ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yolun Yevlaxın Aşağı Qarxun kəndi yaxınlığından keçən hissəsində baş verib.

İlkin məlumata görə, minik avtomobili motosikletçini vurub. Motosikletin sürücüsü, Ağdaş rayon sakini, 1997-ci il təvəllüdlü Əlizadə Cingiz Nadir oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma başlanıb.

Milli.Az


Etiketlər:  Yevlaxda yol qəzasında sürücü hadisə yerində ölüb


RƏYLƏR