Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Döyülən spiker Ermənistanın XİN başçısı oldu

Döyülən spiker Ermənistanın XİN başçısı oldu

Tarix: 19 Avqust 2021 10:24

Ermənistanın yeni xarici işlər naziri məlum olub.

Milli.Az-ın xəbərinə görə, Ermənistan Prezidenti Armen Sarkisyan sabiq spiker Ararat Mirzoyanın xarici işlər naziri təyin olunması haqqında Fərman imzalayıb.

A.Mirzoyanın namizədliyi Baş nazir Nikol Paşinyan tərəfindən irəli sürülüb.

Qeyd edək ki, Ara Ayvazyan bir müddət əvvəl istefa verdikdən sonra xarici işlər naziri postu boş qalmışdı.

Xatırladaq ki, Ermənistanın yeni seçilən Xarici İşlər Naziri Arorat Mirzoyan 9 noyabr bəyanatı imzalanan gün öz xalqı tərəfindən Parlamentin qarşısında ölümcül şəkildə döyülmüşdü.

Milli.Az


Etiketlər:  Döyülən spiker Ermənistanın XİN başçısı oldu


RƏYLƏR