Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Silsilə oğurluqlar edən Samux sakini Kəpəzdə tutuldu

Silsilə oğurluqlar edən Samux sakini Kəpəzdə tutuldu

Tarix: 15 Avqust 2019 18:45

Bakı. Trend:

Kəpəz rayonu ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən A.Behbudov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevral-iyul ayları ərzində Rayon Subartezian Quyularının İstismarı İdarəsinə məxsus quyudan, 2 avtomobildən və 1 evdən elektrik naqili, pul, maqnitofon və akkumulyator oğurlamaqda şübhəli bilinən Samux rayon sakini A.Behbudov saxlanılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Silsilə oğurluqlar edən Samux sakini Kəpəzdə tutuldu


RƏYLƏR