Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2021 12:12
Moskva şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov avqustun 23-də "Beynəlxalq Ordu Oyunları-2021" yarışlarının təntənəli açılış mərasimində iştirak edib.
Müdafiə Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, nazir müavini, həmçinin Alabino hərbi poliqonunda keçirilən "Tank biatlonu" müsabiqəsində iştirak edən hərbi qulluqçularla görüşüb və yarışlarda onlara uğurlar arzulayıb.
"Beynəlxalq Ordu Oyunları - 2021" çərçivəsində yaradılan "Dostluq Evi"ndə təşkil olunan sərginin Azərbaycana aid bölməsində milli-mənəvi dəyərləri özündə əks etdirən və tarixi köklərə bağlanan müxtəlif eksponatlar və ədəbiyyat ilə tanış olan nazir müavini yaradıcı kollektivə uğurlar diləyib.