Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2021 10:46
Ölkəmizdə koronavirusa qarşı vaksinasiya davam etdirilir. Hər gün onminlərlə insan bu prosesdə iştirak edir. Statistikaya əsasən, hazırda ölkə əhalisinin təxminən 24%-i vaksinasiya olunub. Lakin bu, koronavirusa qalib gəlmək üçün yetərli rəqəm deyil.
Dünya təcrübəsi əsasında ölkəmizdə də üçüncü dozanın tədbiqinə başlanılıb. Məqsəd ilk dozadan əldə olunmuş immunitetin daha uzun müddətliliyini təmin etməkdir.
Baş infeksionist Təyyar Eyvazov bildirib ki, üçüncü dozanın vurulması hələlik müəyyən risk qrupu üçün düşünülüb.