Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2021 21:14
Əlcəzair Mərakeşlə diplomatik münasibətləri kəsib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Əlcəzairin xarici işlər naziri Ramdan Lamamra keçirdiyi mətbuat konfransında bu addımı qonşu dövlətin "düşməncəsinə etdiyi hərəkətlərlə" izah edib.
Bir neçə gün əvvəl Əlcəzair Xarici İşlər Nazirliyi Mərakeşlə diplomatik münasibətləri nəzərdən keçirəcəyini bəyan etmişdi. İki ölkə arasında gərginlik qərb sərhədlərində təxribatların artması ilə əlaqədardır. Əlcəzairlə Rabat Qərbi Səhrada mübahisəli əraziyə iddia edirlər. Polisario Cəbhəsi adlanan və Əlcəzairin dəstəklədiyi siyasi təşkilat 1970-ci ilədək İspaniyanın müstəmləkəsi olmuş və sonradan Mərakeş tərəfindən işğal edilmiş torpaqların müstəqilliyi uğrunda mübarizə aparır. Bu münaqişə səbəbindən 1990-cı ildə Əlcəzair və Mərakeş arasında quru sərhədləri bağlanıb və iki dövlət arasında münaqişə getdikcə dərinləşib.