Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2021 12:48
"Qol vuracağımı bilirdim. Çünki komanda məni çox yaxşı qarşıladı və öz yolumu asanlıqla tapdım. Əslində gərgin idim, çünki daha əvvəl ABŞ-da bir mövsüm oynadım".
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu Almaniya "Şalke"sinin əvəzedici komandasının yeni transferi olan Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov Regional Liqanın III turunda Mönhenqladbax "Borussiya"sına vurduğu qol barədə danışarkən deyib.
73-cü dəqiqədə fərqlənən və bu qolla komandasına 1:0 hesablı qələbə qazandıran 30 yaşlı hücumçu yeni klubuna keçidindən danışıb. Təcrübəli forvard arzusuna çatdığını bildirib: "Hər zaman aparıcı, ən yaxşı futbolçu olmağa çalışmışam. Hazırda "Şalke"nin U-23 komandasında gənclər üçün nümunə olduğumu düşünürəm. Bu, mənim işimdir, vəziyyətimdən razıyam. Əsas komandaya fikir vermirəm. Mənim işim bu kollektivlə bağlıdır".
Qeyd edək ki, son olaraq ABŞ-ın "Finiks Rayzinq" klubunun formasını geyinən Rüfət Dadaşov Almaniyada "Kayzerslautern", "Saarbrükken", "Dinamo" (Berlin) və "Pröyssen" komandalarında da çıxış edib.