Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2021 15:48
"Xatırlatmaq istəyirəm ki, Gorus-Qafan, eləcə də Qafan-Çakaten yolunu bu hakimiyyət bizim arxamızda hansısa sənədlə düşmənə təhvil verdi və bununla da Zəngəzurun təhlükəsizliyini təmin etdi".
Sonxeber.net xəbər verir ki, bu fikirləri "Ermənistan" fraksiyasının deputatı Anna Qriqoryan parlamentin bugünkü iclasında səsləndirib və bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Gorus-Qafan yolunu bağlayıb və orada mülki vətəndaşlar qalıb, yalnız Rusiya sülhməramlılarının müdaxiləsindən sonra həmin insanları çıxarmaq mümkün olub.
"İki gündür hakim partiya barışıqdan danışır, ancaq barışıq belə olmur", deyə o əlavə edib.
"Müharibəni uduzan partiya layiqli sülh gətirə bilməz, işi-gücü beynəlxalq aləmdə bizi alçaltmaqdır", deyə deputat yekunlaşdırıb.