Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda mənzilə soxulan şəxs istəyinə nail olmadığına görə evdəkiləri döyüb

Bakıda mənzilə soxulan şəxs istəyinə nail olmadığına görə evdəkiləri döyüb

Tarix: 16 Avqust 2019 13:44

Bakı. Samir Əli - Trend:

Səbail rayonu ərazisindəki evlərdən birinə quldurluq məqsədi ilə girməkdə şübhəli bilinən Z.Əmirov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 15-də Səbail rayonu ərazisindəki evlərdən birinə aldatma yolu ilə girmiş naməlum şəxs ev sahibəsini və qonağı olan daha bir qadını bıçaqla hədələyib pul vermələrini tələb etmiş, istədiyinə nail olmadığından onları döyüb hadisə yerini tərk edib.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Z.Əmirov saxlanılıb.


Etiketlər:  Bakıda mənzilə soxulan şəxs istəyinə nail olmadığına görə evdəkiləri döyüb


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ