Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu bitkilər stressi azaldır

Bu bitkilər stressi azaldır

Tarix: 28 Avqust 2021 14:18

Fərqində olmasaq da gərgin iş rejimi, tıxacda qalmaq, ev işləri bizi gün ərzində stressə salır. Bundan qurtulmaq üçün çox vaxt müxtəlif dərmanlar qəbul etməli oluruq ki, bu da digər tərəfdən orqanlarımıza mənfi təsir göstərir. 

Sonxeber.net Axşam.az-a istinadən stressi təbii yolla aradan qaldıran bitkiləri təqdim edir.

Çobanyastığı

Əzələ yumşaldıcı özəlliyi ilə mədəni rahatladır. Şişkinlik və həzmsizlikdən əziyyət çəkənlər üçün idealdır. Həddindən artıq gərgin, yuxusuz və yorğun hiss etdiyiniz zaman çobanyastığı çayı içərək dərin yuxuya gedə bilərsiniz.

Ballınanə

Bu bitki Avstraliyada həzm problemləri daxil olmaqla qaraciyər və sinir sistemi xəstəliklərinin simptomlarının müalicəsi və aradan qaldırılması üçün istifadə olunur. Ballınanə bədəni rahatlaşdırır, sinir sisteminə təsir edir və yuxunu asanlaşdırır.

Lavanda

Bu bitkini sadəcə qoxulamaq belə insana rahatlıq gətirir. Tərkibindəki efir yağları sayəsində əzələlər boşalır, sinir sistemi sakitləşir. Çox tünd aroması olduğundan, az miqdarda istifadə etmək, çobanyastığı və ballınanəli çaya kiçik bir yarpaq atmaq kifayətdir.

Pişikotu

Tərkibində yüzdən çox aktiv maddə ehtiva edir. Bu maddələrin insanları sakitləşdirdiyi, narahatlığı azaltdığı və yuxu problemi olanlar üçün təsirli olduğu araşdırmalarda sübut olunub. Yuxuya getmə prosesini sürətləndirir, yuxu vaxtını və keyfiyyətini artırır. Təbii bir antidepresan olan pişikotu, dərmanlar kimi asılılıq yaratmır. Kök və yarpaqlarından istifadə olunan bu bitki eyni zamanda qan təzyiqini aşağı salır və əzələləri rahatlaşdırır.

Adi dazı 

Sarı çiçəkləri olan bu bitki stress və yorğunluqdan əziyyət çəkənlər üçün başqa bir dərmansız müalicədir. Tərkibindəki hiperisin adlı bir maddə xoşbəxtlik hormonunun ifraz olunmasına kömək edərək depressiyaya düşən insanları sakitləşdirir. Stressi azaldır, qan təzyiqini aşağı salır və aylıq tsikl sancıları üçün faydalıdır. Ancaq dərman qəbul edən şəxslərin həkim nəzarəti altında istifadə etməsi tövsiyə olunur. Həddindən artıq istifadə olunduqda baş gicəllənməsi, ürək bulanması və yorğunluq kimi yan təsirləri müşahidə edilir.


Etiketlər:  bitkilər stressi azaldır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ