Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 08:06
Yuxu bütün canlıların ettiyac duydyğu bir zaman kəsiyidir. Bu zaman kəsiyində beyin başda olmaqla, bütün orqanlar dincəlir. Normal insan sutka ərzində ən azı 6 saat yatmalıdır.
Hamiləlik qadının yuxu və istirahətə ən çox ehtiyac duyduğu bir zamandır. Yuxululuq adətən hamiləliyin ilkin əlamətlərindən biri sayılır. Hamiləliyin ilk aylarında hormonların qadınlarda yaratdığı yorğunluq hissi onların istər-istəməz istiratət etməyə məcbur edir. Hamiləliyin ikinci üçaylığında yorğunluq hissi keçsə də qadınlar istirahətlərinə diqqət yetirməlidirlər. Əgər hamilə qadın gün ərzində uzun müddət ayaq üstə dayanıbsa, fürsət tapan kimi oturub ayağını irəli doğru uzatmalıdır. Bu cür oturuş tərzi ayaqların yükünü azaldır, ayaqlarda olan ağırlıq hissini aradan qaldırır. Yox əgər hamilə qadının oturaq işi varsa 2 saatdan bir ən azı 10 dəqiqə onun durub gəzməsi lazımdır.
Hamilə qadın sutkanın ən azı 8 saatını yatmalıdır. Doğuşa 1-1,5 ay qalmış hamilə qadınlarda yuxu azalmağa başlayır. Yuxusuzluq ən çox son həftələrdə özünü biruzə verir. Bunun səbəbi aşağıdakılardır:
- mədə qıcqırması
- tez-tez sidiyə çıxma
- ayaqlarda qaşınmalar.
Mədə qıcqırmasının yuxusuzluğa səbəb olmaması üçün yatmazdan 2 saat əvvəl və az miqdar qida qəbul etmək lazımdır. Yatan zaman yastığı yuxarı qaldırmaq mədədə olan qıcqırma hissini azaldır.
Tez-tez sidiyə getməmək üçün maye qəbulunu azaltmaq və ya "yuxuqaçırıcı" qazlı içkilərdən istifadə etmək olmaz.