Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 18:15
Müğənni Xuraman Şuşalı Məhərrəmlik ayında toy edən və toya gedənləri tənqid edib.
Sonxeber.net xəbər verir ki, bu haqda axşam.az-a açıqlamasında danışan sənətçi ona da bir neçə təklif gəldiyini, amma qəbul etmədiyini söyləyib. Xuraman bu ayda toy edənləri qınayıb:
"Mənə də təklif gəldi, hətta dekor qurmaqdan belə imtina etdim. İki dəfə Məhərrəmlik ayında iş görmüşəm, uğursuz olub. Maşın aldım, 20 gün sürdüm. Bir dəfə də bu ayda ev tikdirdim, o da yarımçıq qaldı. Ağır aydır, şənlənmək olmaz.
Kiməsə qarğış etmirəm, qınamıram. Hamı günah edə bilər. İnsan zamanla səhvini anlayır. Bu ay toy edənləri, toya gedənləri Allah hidayət etsin. Səhv edirlər, bəlkə sabah anlayarlar, yollarından dönərlər.
Allahın hər gününü hörmətlə yaşamalıyıq. Bu ayın ağırlığını başa düşməlidirlər. Siz necə bu ay toy edib şənlənə, toya gedib şənləndirə bilərsiniz? Allahın seçdiyi bir bəndəsinə zülm edilib. 6 aylıq körpə zəhərli oxla öldürülüb, başı kəsilib. Bu ayda islam dini qorunmaq üçün canından keçənlər həlak olub. Bu zülmü necə qəbul etməmək olar? Necə bu ayı toy-bayramla keçirə bilirsiniz? Toy qaçır? Bir ay dözmürsünüz? Bir aydan sonra edin, nə itirəcəksiniz? Müsəlmansansa, bu ayda toy etməməlisən. Bu faciədir, bunu qəbul etməmək olmaz.
Bəziləri bunu cahillik kimi dəyərləndirir. Deyirlər, kimsə özünə zəncir vurdu, bədənini kəsdi. Bunun tərfdarı deyiləm, ondansa gedib qan versinlər. Amma bu cahillik yox, dinə olan sevgidir. Cahillik sizin gedib gözmuncuğu taxmanız, bir daşın sizi qorumasına inanmağınızdır. Allah dualar göndərib ki, bunu oxu gözdən, nəzərdən qorun. Bu cür halları cahillik hesab edin, Məhərrəmlik ayında yas saxlayanları yox".