Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkim-diyetoloq: Virus infeksiyalardan qorunmaq üçün immuniteti gücləndirmək lazımdır

Həkim-diyetoloq: Virus infeksiyalardan qorunmaq üçün immuniteti gücləndirmək lazımdır

Tarix: 1 Sentyabr 2021 23:48

İmmunitet orqanizmi bakteriya və viruslardan qoruyur. Dırnaqların qırılması, saçların tökülməsi və zəifliyi, yorğunluq və aqressivlik kimi hallar immunitetin aşağı olmasının başlıca əlamətləridir. Bundan başqa, halsızlıq, bədən temperaturunun mütəmadi yüksəlməsi, virus infeksiyaları ilə tez-tez xəstələnmək immunitetin zəifliyindən xəbər verir. İmmuniteti gücləndirmək üçün yuxu rejimini normaya salmaq lazımdır. Sutkada 8 saat yatmaq, yorğun olarkən mütləq dincəlmək lazımdır. Həmçinin gün ərzində 2 saat aktiv yerimək də vacib nüansdır. Səhər 6-7 radələrində və yatmazdan əvvəl təxminən 1 saat gəzmək olduqca faydalıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, diyetoloq-nutrisioloq Nərminə Mahmudova yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə immuniteti gücləndirməyin vacibliyindən və metodlarından danışıb.

Həkim-mütəxəssis bildirib: "İmmuniteti qaldırmaq üçün qidalanma menyusu düzgün seçilməlidir. Bal, sitrus meyvələri, sarımsaq, zəncəfil və itburnu immuniteti möhkənləndirmək xüsusiyyətinə malikdir. Həmçinin "fast food" qidalardan, qızardılmış yeməklərdən uzaq durmaq lazımdır. Düzgün qidalanma hər zaman bol tərəvəzli qidalanmadır. Normasında olmaq şərtilə, ət qidaları qəbul etmək immuniteti qaldıra bilər. Ətli qidalardan əsasən günorta saatlarında istifadə etmək lazımdır, çünki ət yeyərkən həzm prosesi gec baş verir. Ona görə, axşam saatlarında ətlə qidalanmaq məsləhət deyil. Ümumiyyətlə isə gün ərzində yalnız bir porsiya ət yeməyi kifayətdir.

Nəzərə almaq lazımdır ki, meyvələr yeməkdən ya yarım saat öncə, ya da yeməkdən 2 saat sonra qəbul edilməlidir. Su da, həmçinin yeməkdən yarım saat öncə qəbul edilə bilər. Yeməkdən sonra isə yalnız bir stəkan qatıq və ya kefir içmək məsləhətdir, çünki bu məhsullar bağırsaqların mikroflorasını təmizləyir".

İmmuniteti güclərdirmək üçün qidalanma zamanı vaxt rejiminə də riayət etməyin vacibliyini vurğulayan N.Mahmudova qeyd edib: "Rejimsiz qidalanmaq düzgün deyil. Pandemiya şəraitində rejimə əməl etmək xüsusilə vacibdir. Səhər saat 7-8-də oyandıqdan sonra 2 stəkan su içmək faydalıdır. Mədə-bağırsaq sistemində ciddi problemi olmayanlar suya yarım limonun suyunu sıxaraq içə bilərlər. Bu, həm immuniteti yüksəldir, həm də bədəndəki artıq piyləri yandırır. Bilmək lazımdır ki, səhər yeməyi üçün kəsmik, pomidor, xiyar və zeytun kimi məhsullar çox faydalıdır. Həmin qidalar lazım olan qədər arıqlamağa kömək edir. Səhər yeməyi ilə günorta yeməyi aralığında aclıq hiss edəndə "detoks" içmək olar. Bununla yanaşı, ara yemək kimi müxtəlif çərəzlərdən istifadə etmək mümkündür. Axşam yeməyini isə 18-19 radələrində etmək daha məqsədəuyğundur. Gecikdirmək olmaz, çünki orqanizmdə həzm prosesi saat 22-yə qədər davam edə bilir. Yəni, immuniteti, ümumiyyətlə orqanizmi gücləndirmək üçün yemək saatları nəzərə alınmalıdır".

Diyetoloq vətəndaşları ehtiyatlı olmağa çağırıb: "İnternetdən götürülmüş şablon pəhriz menyuları ilə immuniteti qaldırmağa və arıqlamağa çalışmaq məsləhət deyil. Hər kəsin orqanizmi individualdır. Orqanizmin tələbini müvafiq analizlərin cavabı olmadan müəyyən etmək olmaz. Həkimlə məsləhətləşmədən pəhriz saxlamaq doğru deyil".

Milli.Az


Etiketlər:  Həkim diyetoloq Virus infeksiyalardan qorunmaq üçün immuniteti gücləndirmək lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ