Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hande Erçelin illər əvvəlki görüntüləri yayıldı - FOTO

Hande Erçelin illər əvvəlki görüntüləri yayıldı - FOTO

Tarix: 2 Sentyabr 2021 19:36

Türkiyənin reytinqli "Sen çal kapımı" serialında baş rolu oynayan Hande Erçel sosial media paylaşımları və şəxsi həyatı ilə şou-biznes gündəmindən düşmür.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 27 yaşlı Erçelin illər əvvələ aid görüntüləri pərəstişkarları tərəfindən paylaşılıb.

"Instagram"da 24 milyondan çox izləyicisi olan cazibədar aktrisanın 2012-ci ildə cəmi 18 yaşında ikən bir şou proqrama aparıcılıq etdiyi məlum olub.

Erçelin proqramdan görüntüləri və Murat Dalkılıçın keçmiş həyat yoldaşı Merve Boluğurun xəbərlərini təqdim edərkən dilinin dolaşması sosial mediada səs-küyə səbəb olub.

Uzun müddət Murat Dalkılıçla eşq yaşayan Erçel keçən il münasibətlərinə son qoymuşdu. O, Dalkılıçla dostcasına ayrıldıqlarını bildirmişdi.

Aktrisa uzun müddətdir "Sən çal kapımı" serialının çəkiliş meydançasında tanış olduğu həmkarı Kerem Bürsinlə sevgilidir.


Etiketlər:  Hande Erçelin illər əvvəlki görüntüləri yayıldı FOTO


RƏYLƏR