Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2021 23:39
Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv tərəvəzlərlə dərilərinə qulluq ediblər.
Sonxeber.net axşam.az-a istinadən qədimdə xanımların necə üzlərinə qulluq etdiyini təqdim edir:
Gül suyu ən çox üstünlük verilən vasitə olub. Onunla üzü silmək dərini nəmləndirir, təravətləndirir və botoks effekti verir. Qədim misirdə qadınlar bu üsuldan çox istifadə edib.
Zəfəran yağı dərini parıldadır. Onu dəriyə sürtmək bir çox problemi aradan qaldıracaq.
Nanə də dəri üçün önəmli vasitələrdən biridir. Çində qadınlar dərilərini parıldatmaq üçün nanəni əzib üzlərinə maska kimi qoyublar.
Bal dərini nəmləndirmək üçün istifadə edilib. Eyni zamanda saçları yumşaltmaq üçün də istifadə edilir.
Hind qozu yağı dəridəki problemləri, səpkiləri aradan qaldırır. Dərini cavanlaşdırır və nəmləndirir.