Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2021 02:34
Afrikada ağciyər taunu epidemiyası geniş yayılmağa başlayıb.
Sonxeber.net bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Doqquz ölkədə artıq fövqəladə vəziyyət elan edilib. Ümumdünya Səhiyyə Təşkilatının xəbərlərinə əsasən, taunun bu forması ən ölümcül sayılır, bundan başqa o, sürətlə yayılır.
Təkcə Madaqaskarda xəstəliyin rəsmi olaraq 1300 hadisəsi qeydə alınıb ki, onların əksəriyyəti ölümcül qiymətləndirilir.
Aşağıdakı xəritədə yoluxmanın episentri qırmızı rənglə göstərilib; sarı rənglə isə yayılma riskinin çox yüksək olduğu materik ölkələr və adalar qeyd olunub.
Ölümcül xəstəliyin Madaqaskarda aşkarlandığı bakteriyalar, XIV əsrdə Avropada ən azı 50 milyon insanı məhv edən mikrobla tam olaraq eynidir.
Ağciyər taunu öskürək vasitəsilə yayılır və ciddi tədbir görülməzsə, 24 saat ərzində insanı öldürə bilir.
Mozambik, Tanzaniya, Keniya, Efiopiya, Mavrikiy, Komorski adaları artıq gücləndirilmiş hazırlıq vəziyyətindədir.
Məlumata görə, yoluxmuşların arasında təxminən 50 nəfər də var ki, xəstələrə yardım göstərən təşkilatların əməkdaşlarıdır. Ani ehtiyatsızlıq kifayətdir ki, onun caynağına keçəsən.
Əsas təhlükə ondan ibarətdir ki, taunun bu forması çox sürətlə yayılır. Madaqaskarın paytaxtında xəstəliyin daim yeni qurbanları qeydə alınır.
Beynəlxalq təşkilatlar Madaqaskara 1 milyon dozadan çox antibiotik və 20 min respirator maskası göndərib.
Ağciyər taununun yayılması:
İnsanda ağciyər taunu hava-damcı yolu ilə ötürülür.
Bu xəstəlik "Yersinia pestis" bakteriyası ilə yaranır ki, onları siçovullarda parazitlik edən birələr gətirir.
Zaur Həsənəliyev