Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2021 19:55
Dünyaca məşhur ispaniyalı müğənni, bəstəkar, prodüser və aktyor Enriki İqlesias solo karyerasını bitirmək niyyətində olduğunu açıqlayıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçı İnstaqram hesabında sonuncu ola biləcəyini qeyd edərək "Final" adlı sonuncu albomunu təqdim edib.
E.İqlesias son bir neçə ildir bu barədə düşündüyünü bildirib. O, albomunun iki hissədən ibarət olacağını söyləyib.
Qeyd edək ki, Enriki karyerasında 40-dan çox sinql və 10 studiya albomu ilə 116 dəfə "platin", 227 dəfə "qızıl" statusu alaraq 100 milyon album satışı gerçəkləşdirib.