Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2021 21:50
Şirvanda əməliyyat zamanı həkim tamponu xəstənin qarnında unudub.
Sonxeber.net ATV-yə istinadən xəbər verir ki, səkkiz ay bu səbəbdən ağrı-acı çəkən şəxsə sonradan xərçəng diaqnozu da qoyulub.
Ruh düşkünlüyünə uğrayan şəxs evə gələrək vəsiyyət edib.
65 yaşlı Alim Səməd oğlu Zülfüqarov səkkiz ay əvvəl əməliyyat olunub. Həkimin onun qarnında unutduğu tamponun uzunluğu isə 92 santimetrdir.
"Bir-iki ay özümü yaxşı hiss elədim. Narahatlığım vardı, dedi, olan şeylərdir. Sonradan dedilər, şiş görünür. Gələrsən, götürərik, sonra kimyaterapiya qəbul edərsən. Gəldim, uşaqlarıma vəsiyyət elədim", - A.Zülfüqarov bildirib.
Alim Zülfüqarovun ağrılarının artdığını görən yaxınları ona başqa xəstəxanada müayinə olunmağı məsləhət görüblər. O, bundan sonra Bakıya gəlib. Burada əməliyyat olunan Şirvan sakininin qarnından səkkiz ay əvvəl unudulmuş tampon çıxıb.
Həkim səhlənkarlığı həm də ailəyə maddi ziyan vurub. Onun fəsadlarının aradan qaldırılması üçün onlar 10 min manatlarından keçiblər.
Məsələ ilə bağlı rayon prokurorluğuna müraciət olunub. Faktla bağlı cinayət işi açılıb.