Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2021 08:30
Ermənistanda on minlərlə insan iş yeri axtarır.
Bununla bağlı "Sputnik Armeniya" araşdırma aparıb.
Agentlik qeyd edib ki, hazırda ölkədə 90 000-dən çox insan iş yeri axtarır, işə götürənlər isə lazımi mütəxəssisləri tapa bilmirlər.
Əmək miqrantları praktik olaraq, "Zvartnos" aeroportunda hər reyslə Rusiyaya uçurlar. Buna baxmayaraq, Ermənistanda indi boş iş yerlərinə dil baryerinin öhdəsindən çətinliklə gələn bir sıra əcnəbiləri götürürlər.
"Əcnəbilər Ermənistanda nə axtarırlar?", - sualına cavab axtaran mətbu orqan Hindistan vətəndaşları - 26 yaşlı Şakib və 24 yaşlı Qurpridinlə söhbətləşib. Jurnalist onların artıq üç ildir Lori əyalətinin Spitak şəhərində "Aqroxoldinq" şirkətində işlədiyini araşdırıb. Qeyd edilir ki, əcnəbilərə şirkətin ərazisində ev veriblər, onların kommunal xərcləri də ödənilir. Hindistan vətəndaşlarına yalnız işləmək qalır. Ölkədə iş yerləri ilə bağlı paradoksal vəziyyət yaranıb: - sakinlər iş tapa bilmir, əcnəbilər isə xarici ölkələrdən gəlib burada çalışırlar.