Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyada koronavirusa qarşı peyvəndin üçüncü dozasının tətbiqinə başlanılacaq

İtaliyada koronavirusa qarşı peyvəndin üçüncü dozasının tətbiqinə başlanılacaq

Tarix: 8 Sentyabr 2021 22:06

Sentyabrdan İtaliyada koronavirusa (COVID-19) qarşı peyvəndin üçüncü dozasının tətbiqinə başlanılacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İtaliyanın səhiyyə naziri Roberto Speranza deyib.

Nazir bildirib ki, İtaliya sentyabrdan xüsusilə həssas əhali qrupu, onkoloji və transplant xəstələr üçün COVID-19 peyvəndinin üçüncü dozasını tətbiq etməyə başlayacaq. Avropa Dərman Agentliyi (EMA) və Xəstəliklərin qarşısının alınması və nəzarət olunması üzrə Avropa Mərkəzi (ECDC) bununla bağlı rəyini bildirib.

Peyvəndin üçüncü dozasının tətbiqinin sonrakı mərhələdə yaşı 80-dən yuxarı olanları, qocalar evlərində qalanları və səhiyyə işçilərini əhatə etməsi nəzərdə tutulur.


Etiketlər:  İtaliyada koronavirusa qarşı peyvəndin üçüncü dozasının tətbiqinə başlanılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ