Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2021 21:33
Zəncəfil tək ədviyyat deyil, zəncəfil həm də müalicəvi bitkidir. Zəncəfili üyüdülmüş və çiy (zəncəfil kökü) şəklində istifadə etmək olar.
Zəncəfilin müalicəvi xüsusiyyətləri olduqca çoxdur. Bu bitki (daha doğrusu onun kökü) iltihabəleyhinə, antibakterial, ağrısazlaşdıran, tonuslaşdırıcı, spazmolitik və s. xüsusiyyətlərinə malikdir.
O insanın mədə-bağırsaq sisteminə çox müsbət təsir edir - mədənin və bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizədə kömək edir, ödqovucu təsirə malikdir.
Bundan əlavə zəncəfil orqanizmin qan təchizatını yaxşılaşdırır, damarları təmizləyir, mübadilə proseslərini sürətləndirir.
Zəncəfil orqanizmə antihelmint (helmint - qurd) təsir edir.
Astma xəstəliyi zamanı zəmcəfilin bəlhəmgətirici xüsusiyyətləri onu olduca faydalı edir.
Zəncəfil kişilərdə potensiyanı yaxşılaşdırır.
Şəkər xəstəliyi zamanı təzə zəncəfilin şirəsi qanda şəkərin səviyyəsini aşağı salır.
Zəncəfilin spazmolitik xüsusiyyəti onu ağrılı menstruasiyalar, baş ağrıları, bağırsaq spazmları zamanı olduqca effektli edir.
Bütün bu xüsusiyyətlərini zəncəfilin zəngin vitamin-mineral tərkibi təmin edir. Belə ki, zəncəfilin tərkibində B qrupu, A və C vitaminləri, dəmir, sink, kalium, natrium, fosfor, maqnezium, kalsium kimi mikroelementlər, müxtəlif əvəzedilməz aminoturşular, efir yağları və s. var.
Mübadilə proseslərinə təsir edən bu bitki arıqlamaq istəyənlərə çox yaxşı kömək edə bilər. Əgər siz düzgün qidalanma ilə yanaşı zəncəfildən istifadə etsəniz, arzuedilməz kiloqramlar sizi daha tez "tərk edəcəklər".
Zəncəfil çayı arıqlamağa kömək edir. Bu çayı qida qəbulundan yarım saat əvvəl içdikdə, iştaha azalır və bu səbəbdən insan daha tez doyur.
Zəncəfil çayı belə hazrlanır: orta ölçüdə olan zəncəfil kökünü təmizləyin, xırda doğrayın və axşamdan termosda dəmləyin. Gün ərzində bu çayı adı çay kimi qəbul edin. Çayın dadını yaxşılaşdırmaq üçün ora 1/2 çay qaşığı bal və 1 dilim limon əlavə etmək olar. Zəncəfil çayı aclıq hissini azaldır və mübadilə proseslərini sürətləndirir ki, nəticədə insan tez və rahat arıqlayır.
Belə çayı tək arıqlamaq məqsədi ilə yox, soyuqdəymələr zamanı da istifadə etmək olar.