Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2021 09:40
Xəbər verdiyimiz kimi, ötən gün türkiyəli müğənni Yıldız Tilbenin koronavirusa qarşı peyvənd olunması haqda xəbərlər yayılmışdı.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, pandemiya başlayandan vaksinin əleyhinə olduğunu qəti şəkildə bildirən sənətçi yayılan məlumatları yalanlayıb:
"Peyvənd vurdurmamışam və belə bir şey olmayacaq. Hamı özünə cavabdehdir. Kim nə istəyirsə etsin. Bu haqda danışmaqdan bezdim. Barəmdə yayılan xəbərlərdən çox sıxıldım.
Qeyd edək ki, müğənni bir neçə gün əvvəl etdiyi açıqlamada vaksinin koronovirusdan qorumadığını və bu səbəbdən peyvəndləmə prosesinə qoşulmağı mənasız hesab etdiyini bildirmişdi.