Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində iPhone satışları yasaqlana bilər

Çində iPhone satışları yasaqlana bilər

Tarix: 11 Sentyabr 2021 01:04

Apple şirkətinin Çindəki biznesi təhlükə altına düşə bilər. Belə ki, Çinin Xiaoi Robot adlı şirkəti 8 il bundan öncə Apple şirkətini məhkəməyə vermişdi. Məsələ isə Siri səsli köməkçisinə olan patent hüquqları ilə bağlıdır. Qeyd etmək lazımdır ki, Xiaoi Robot digər şirkət olan Shanghai Zhizhen Intelligent Network Technology Co.-ya məxsusdur. Bir neçə müddət bundan öncə sözügedən şirkət Çinin Ali Xalq Məhkəməsinə müraciət edərək Apple şirkətinə qarşı iddia qaldırıb. Şirkətin məhkəmədən əsas tələbi Apple-dan 1.5 milyard dollar dəyərində təzminat əldə etməkdir.

Belə ki, şirkətin iddiasına əsasən Apple patent hüquqlarını pozub. Siri səsli köməkçisi 2007-ci ildə yaradılıb və yaradılandan sonra ondan əsasən mətnli çatlarda istifadə olunub. 2010-cu ildə isə Apple sözügedən səsli köməkçini 200 milyon dollara almışdı. 2011-ci ildən başlayaraq Apple bu müddət ərzində Siri-ni öz məhsullarına əlavə edib və onu iPhone-nun ayrılmaz hissəsinə çevirib. Lakin 2004-cü ildə Shanghai Zhizhen şirkəti Little i Robot adlı məhsul üçün ZL200410053749.9 adlı patent sorğusunu göndərmişdi. 2009-cu ildə sözügedən patent təsdiqlənmişdi.

Beləliklə şirkətin iddiasına əsasən Apple bu patentin hüquqlarını pozub. Shanghai Zhizhen Çinin Ali Xalq Məhkəməsinə müraciət edərək ZL200410053749.9 patentini pozan iPhone modellərinin istehsallarını, importlarını və satışlarını qadağan etməyi tələb edir. Əgər Shanghai Zhizhen şirkəti məhkəmə prosesinin nəticəsində qalib gəlsə, Apple iPhone modellərinin satışlarının Çində qadağan olunması təhlükəsi ilə üz-üzə qalacaq. Qeyd etmək lazımdır ki, Çin bazarı Apple üçün çox vacib hesab edilir.


Etiketlər:  Çində iPhone satışları yasaqlana bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ