Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2021 08:08
Joe Biden artıq yarım ildən bir qədər çoxdur ki, ABŞ hökumətinin rəhbəri vəzifəsində çalışır. Lakin Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyalar məsələsində bu müddət ərzində heç bir dəyişiklik olmayıb. Tramp administrasiyasının gedişi zamanı insayderlər Huawei-yə qarşı olan sanksiyaların yumşalmasını proqnozlaşdırırlar. Bir neçə müddət bundan öncə insayderlər bildirmişdilər ki, Huawei nəqliyyat növləri üçün komponent istehsalı məsələsində amerikalı şirkətlərlə 100 milyard dollar dəyərində müqavilələr bağlayıb. Bu məsələyə görə Joe Biden administrasiyası sərt şəkildə tənqid olunmuşdu.
Bunun fonunda Huawei-yə qarşı olan ABŞ sanksiyalarının yumşaldılması barəsində məlumatlar ortaya çıxmağa başladı. Qeyd etmək lazımdır ki, ABŞ hökuməti Huawei şirkətinə qarşı sanksiyaları 2019-cu ildə təyin etmişdi. Tramp administrasiyası ABŞ hökumətinin başında olduğu vaxtda o, Huawei şirkətinə 87 milyard dollar dəyərində malların çatdırılmasına icazə vermişdi. Lakin bununla belə hökumət 119 milyard dollar dəyərində malların şirkətə çatdırılmasına qadağa qoymuşdu. ABŞ-ın Ticarət Nazirliyi öz növbəsində bildirib ki, Joe Biden administrasiyası Huawei-yə qarşı təyin edilmiş sanksiyalara yenidən baxmağı və ya onları yumşaltmağı planlaşdırmır.