Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusa yoluxan Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib

Koronavirusa yoluxan Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib

Tarix: 11 Sentyabr 2021 11:02

Koronavirusa yoluxan və vəziyyəti ağır olan Əməkdar artist Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib.

Bunu Milli.Az-a açıqlamasında sənətçinin həyat yoldaşı Aynur Zurufçu deyib.

O bildirib ki, xaricdən gələn həkimlər yerli həmkarları ilə birlikdə Y.Zurufçunun durumunu izləyiblər: "Həkimlər ötən gecə 2-3 saat Yaqubun başının üstündə olublar, konsilium edib və vəziyyətini dəyərləndiriblər. Bunun nəticəsi olaraq müalicə və terapiya ilə bağlı qərarlar veriləcək. Nəticə barədə bu gün məlumat alacağıq".

Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika"nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır qiymətləndirirlər.

Milli.Az


Etiketlər:  Koronavirusa yoluxan Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ