Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2021 20:44
Pakistanın Pəncab vilayətində şiddətli yağışların səbəb olduğu təbii fəlakət və qəzalar nəticəsində ölənlərin sayı yeddiyə yüksəlib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, onlar tavanların çökməsi və elektrik cərəyanı vurması nəticəsində həyatlarını itiriblər.
Bildirilib ki, ölənlərdən dördü uşaqdır. 30-dan çox insan isə yaralanıb.
Pəncapda elektrik enerjisinin verilişdə problemlər yaranıb, bəzi yerlərdə nəqliyyat dayanma nöqtəsinə çatıb. İctimai nəqliyyatın işi ləngiyib.
Vilayət üzrə axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, dünən Lahorda yağış səbəbindən bir evin tavanı çöküb, nəticədə, üç uşaq ölüb.