Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2021 00:33
Rusiya və Ukrayna müğənnisi Lolita Milyavskaya arıqlamış görüntüləri ilə hər kəsi təəccübləndirib. Məşhur müğənni bunun sirrini açıqlayıb. Onun sözlərinə görə, illərdir ki, əziyyət çəkdiyi artıq çəkidən qurtulmaq üçün nə pəhriz, nə idman etməyib.
"Sehrli həblər yoxdur, pəhriz saxlamıram. Endokrinoloqum pəhrizlərin qəti əleyhinədir. Rəfiqəmin tövsiyəsi ilə ona müraciət etmişəm. Ancaq məsələ başqadır. Biz çəkini atmaq yox, orqanizmi bərpa etmək istəyirdik. Dediklərim sirri deyil: Yaş keçdikcə bütün proseslər, o cümlədən maddələr mübadiləsi yavaşlayır. Onları təkbaşına tənzimləmək mümkün deyil, pəhrizin də köməyi olmur. Nağıllara inanmayın, arıqlama həbləri içməyin. Mən qan analizi verdim. Bundan sonra həkimim mənə dedi ki,üç ay banan, üzüm yeməkdən və spirtli içki qəbul etməkdən uzaq durmalıyam", - deyə 57 yaşlı ifaçı bildirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ulduzun sözlərinə görə, əvvəlcə onun üçün asan olmayıb:
"Əlbəttə çətin idi. Bir bokal şərab belə içə bilməzdim. Amma dözdüm. İndi mənə hər şey olaar: Gecələr yeyirəm, çəkim isə dəyişmir, nə artmır, nə də azalmır. İndi altı ayda bir dəfə qan testi verirəm, həkim vitaminlər yazır və mənə lazım olanı deyir. Həyatımda idman zalı yoxdur, olmayıb və ümidvaram ki, bundan sonra da olmayacaq. Genetik olaraq idman üçün yaradılmamışam".
Pərəstişkarları şərhlərdə faydalı məsləhət üçün Lolitaya təşəkkür ediilər.
"Lolita, necə də gözəlsiniz! Sizi dinləmək, izləmək çox xoşdur! Qadınlara gələcəyə ümid verirsiniz, özünə hörməti artırırsınız", "Bu qədər təbii və gözəl olmağa utanmırsınız", "Gözəl və ağıllı Lolita", "Möhtəşəm görünürsünüz!", - deyə izləyiciləri heyranlıqlarını bildiriblər.