Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uzunömürlülüyün daha bir sirri - Amerikalı həkimlər açıqlayır

Uzunömürlülüyün daha bir sirri - Amerikalı həkimlər açıqlayır

Tarix: 13 Sentyabr 2021 23:24

ABŞ-ın Nortvestern Universitetinin həkimləri insan ömrünü uzatmağın daha bir sirrini açmağa müvəffəq olublar.

Sonxeber.net azedu.az-a istinadən xəbər verir ki, araşdırma "JAMA Network Open"də dərc edilib.

Araşdırmanın nəticəsinə əsasən, gündə azı 7 min addım gəzən insanlarda ölüm riski azalır.

Təcrübədə 2006-cı ildən bəri fiziki aktivliyi izlənilən 38-50 yaş arası 2 110 qadın və kişi iştirak edib. İştirakçılar üç qrupa bölünüb: birinci kateqoriyada insanlar gündə 7 mindən az, ikinci mərhələdə - gündə 7-10 min addım, üçüncüsündə - 10 mindən çox addım atıblar.

Nəticələr fiziki aktivliyi yüksək və orta səviyyədə olan iştirakçı qruplarında ölüm riskinin çox aşağı olduğunu göstərib.


Etiketlər:  Uzunömürlülüyün daha sirri Amerikalı həkimlər açıqlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ