Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real'' məğlub oldu - autsayderə

''Real'' məğlub oldu - autsayderə

Tarix: 29 Aprel 2019 01:24

İspaniya La Liqasının 35-ci turunda daha 5 oyun keçirilib.

Qol.az-ın məlumatına görə, 6-lıqda qərarlaşan komandalardan "Valensiya" evdə, "Sevilya" və "Hetafe" səfərdə məğlub olub. "Vilyarreal" - "Ueska" oyununda qalib müəyyənləşməyib. Günün son oyununda isə "Real" səfərdə autsayder "Valyadolid"ə minimal hesabla uduzub.


28 aprel

"Valensiya" - "Eybar" - 0:1
Qol:
Şarles, 90+3

"Jirona" - "Sevilya" - 1:0
Qol:
Portu, 62

"Real Sosyedad" - "Hetafe" - 2:1
Qollar:
V. Xose, 21-penalti (1:0), M. Oyarzabal, 53 (2:0), S. Saiz, 89 (2:1)

"Vilyarreal" - "Ueska" - 1:1
Qollar:
P. Fornals, 30 (1:0), E. Avilya, 78 (1:1)

"Valyadolid" - "Real" - 1:0
Qol:
A. Embarba, 23-penalti


Qeyd edək ki, bu nəticələrdən sonra "Real" 65 xalla 3-cü pillədəki yerini qoruyur. "Kral klubu"nun uduzduğu "Valyadolid"in 35 xalı və 18-ci sırada yer alıb. 55 xala sahib "Hetafe" və "Sevilya" komandaları müvafiq olaraq, 4-5-ci yerləri bölüşdürür. 6-cı pillədəki "Valensiya"nın isə 52 xalı var. Bu tur çempionluğunu rəsmiləşdirən "Barselona" 83 xalla birinci, "Atletiko" isə 74 xalla ikincidir.
 


Etiketlər:  Real məğlub oldu autsayderə


RƏYLƏR