Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiya ərzağı bahalaşdırdı - VİDEO

Pandemiya ərzağı bahalaşdırdı - VİDEO

Tarix: 20 Sentyabr 2021 15:04

Aparıcı ölkələrin bazara təminatsız pul buraxması qiymətləri qaldırdı

Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, əksər beynəlxalq analitika qurumları hazırda dünya bazarında tüğyan edən bahalaşmanı pandemiyanın yaratdığı iqtisadi tənəzzülü aradan qaldırmaq üçün atılan addımlarla izah edirlər.

Onların fikrincə, ABŞ və Almaniya kimi aparıcı ölkələrin mərkəzi banklarıNIn pandemyanın vurduğu ziyanı kompensasiya etmək üçün iqtisadiyyata milyardlarla təminatsız pul buraxması fond bazarlarında tarazlığı pozub, ərzaq və aqrar xammal qiymətlərini artırıb. Yəni bazarda pul artıb, təklif olunan ərzaq isə pandemiya şəraitində azalıb.

Bu proses 2021-ci ilin əvvəlində qlobal taxıl ehtiyatlarının nəzərəçarpacaq dərəcədə azalması ilə daha da kəskinləşdi. Üstəlik, Rusiya və bir sıra başqa ölkələr ixrac kvotaları tətbiq etməyə başlayıblar və xarici bazarlara ixrac olunan buğda üçün gömrük rüsumlarını artırıblar. Nəticədə, dünya üzrə taxıl məhsullarının qiyməti avqustda 2020-ci ilin avqust ayı ilə müqayisədə 31 faiz artıb.

Bu marafonda buğdanın qiyməti xüsusilə bahalaşıb və ötən ilin avqustu ilə müqayisədə 43,5 faiz artım qeydə alınıb. Məsələn, keçən ilin avqustunda dünya bazarında buğdanın tonu 190 dollardan satılırdısa, bu il avqustunda birja qiymətləri 290 dollara qədər qalxıb. Azərbaycanın əsas buğda təchizatçılarından biri olan Rusiyada isə ərzaq buğdasının qiyməti 300 dollara çatıbı.

Taxılın bahalaşması avtomatik olaraq heyvandarlıq məhsullarını da bahalaşdırıb. Məsələn, dünya bazarında ət məhsullarının qiymətləri 2020-ci ilin iyul ayı ilə müqayisədə 22 faiz artıb. Bu, digər aqrar məhsulların da bahalaşmasına səbəb olub. Təkcə avqust ayında bitki yağları 6,7 faiz, şəkər isə 9,6 faiz bahalaşıb.

Lakin beynəlxalq analitiklər bunu bahalaşmanın son həddi saymırlar. Ərzaq sektorunda fəaliyyət göstərən iri şirkətlərin ekspertləri düşünürlər ki, yaxın iki - dörd il ərzində qarğıdalı, soya paxlası və buğda bazarlarında qiymətlər artmaqda davam edəcək. Çünki pandemiyanın təsirlərini aradan qaldırmaq üçün dünya iqtisadiyyatına uzun illər lazım gələcək.

Analitiklər öz fikirlərini tutarlı səbəblərlə izah edirlər. Birincisi, 2021-2022-ci illər mövsümündə heyvandarlıqda yemə tələb artacaq, həmçinin ərzaq istehlakında da artım gözlənilir, insanlar immuniteti yüksəkltmək üçün daha yaxşı və kalorili qidalanmağa üstünlük verirlər. Beynəlxalq analitkilərin fikrincə, bahalaşma həmçinin nəqliyyat xərclərindəki kəskin artımla bağlı olacaq ki, bu da idxal edilən ərzağın qiymətini daha da artıracaq.


Etiketlər:  Pandemiya ərzağı bahalaşdırdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ