Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Keçmişdə çox saf idim, dilimə söyüş gəlməzdi''

''Keçmişdə çox saf idim, dilimə söyüş gəlməzdi''

Tarix: 21 Sentyabr 2021 20:00

"Şou-proqramlara dəvət alırdım, aparıcılar məni sıradan bir müğənni kimi təqdim edirdilər. Demirəm ki, diva, dünya gözəli desinlər. Amma xanımı səhnəyə dəvət edərkən seçməlisiniz. Xanımlığını qoruyub saxlamayan qadınların yanında... Dünən şou-proqramlara dəvət alan qızların yanında "xanım" ifadəsi olmadan səhnəyə çıxmağı istəmirəm. Bunu bir aparıcı edirdi, sonradan düzəldi".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Özəl" proqramında deyib. Müğənni səhnə fəaliyyətindən, özündən bəhs edib:

"Keçmişdə çox saf idim. Dilimə söyüş gəlməz, indiki kimi emosional danışmazdım. Hər şey elə bilirdim mən düşünən kimidir. Özümü necə tanıyırdımsa, insanları elə bilirdim. Göylərdə uçurdum. Amma illər keçdikcə, samballı yaş dövrünə gələndən sonra dəyişdim. O illərdəki kimi qalsaydım, mən elə belə olacaqdım".

Anasından danışan N.Qasımova "Anam üçün bəzilərini bağışlamıram. Onun göz yaşlarına görə... Konsertdə çıxış edirdim. Evdə otururduq ki, indi mən çıxış edəcəm. Baxırdıq yoxdur, kəsib atıblar. Bunlara görə anam ağlayırdı" sözlərini əlavə edib.

N.Qasımova sosial şəbəkəyə az girdiyini deyib:

"Pandemiyada həm sosial şəbəkələrdə, həm məişət görüntüsündə çox şeyin şahidi oldum. Hər şeydən təmənna güdən dostlar gördüm. Baxırsan kimlərinsə sözlərinə, danışıqlarına içim nifrətlə doldu. İnstaqrama çox baxmamağa çalışıram. İnsanlar çox dəyişib. Deməsinlər ki, siz yaşadığınız dövr başqadır. Ölkənin inkişafı başqadır. İnsanlıq dəyişə bilməz. Kasıbçılıq, vəzifə, böyük sənət insanlığı dəyişməməlidir. Nə qədər adam olub ki, milyonu olub və bir gündə itirib. Sakit ömür yaşasam, heç nədən qorxmayacağam".


Etiketlər:  Keçmişdə çox idim dilimə söyüş gəlməzdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ