Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

iPhone 13-ün ən yüksək qiymətə satıldığı ölkələrin reytinqi tərtib olunub

iPhone 13-ün ən yüksək qiymətə satıldığı ölkələrin reytinqi tərtib olunub

Tarix: 21 Sentyabr 2021 22:16

Nukeni adlı analitik şirkət Apple şirkətinin yeni iPhone 13 smartfonlarının ən yüksək qiymətə satıldığı ölkələrin reytinqini tərtib edib. Tərtib edilmiş reytinqdən məlum olub ki, iPhone 13-ün müxtəlif ölkələr üzrə olan qiyməti kəskin fərqlənir. Beləliklə iPhone 13-ün ən ucuz qiymətə satıldığı bazar ABŞ bazarıdır. ABŞ-ın bəzi ştatlarında məhsullara görə əlavə vergi ödənişi mövcud deyil. Məsələn 128 GB yaddaşa sahib iPhone 13 mini modeli ABŞ-da 729$-a satılır. Eyni yaddaş həcminə sahib iPhone 13 mini-nin ən bahalı satıldığı ölkələr Türkiyə ilə Braziliyadır.

Belə ki, Türkiyədə sözügedən smartfon 1301$-a, Braziliyada isə 1256$-a satılır. Adi iPhone 13 ilə olan vəziyyət iPhone 13 mini ilə demək olar eynidir. 128 GB yaddaşa sahib iPhone 13 modeli ABŞ-da 829$-a, Braziliyada 1446$-a, Türkiyədə isə 1419$-a satılır. Seçilmiş daxili yaddaş həcmindən asılı olaraq iPhone 13 Pro modeli ABŞ-da 999$ və 1099$-a satılır. Braziliyada isə satış qiymətləri 1808$ və 1998$ təşkil edir. iPhone modelləri Avropanın bəzi ölkələrində də baha qiymətə satılır. Məsələn Norveçdə iPhone 13 modeli 1140$-a, iPhone 13 Pro Max modeli isə 1571$-a satılır.


Etiketlər:  iPhone yüksək qiymətə satıldığı ölkələrin reytinqi tərtib olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ