Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Apple A15 Bionic rəqibləri geridə qoydu

Apple A15 Bionic rəqibləri geridə qoydu

Tarix: 21 Sentyabr 2021 22:20

Məşhur Geekbench bençmark saytında A15 Bionic prosessoruna sahib iPhone 13-ün test nəticələri ortaya çıxıb. Mütəxəssislər artıq bu prosessoru digər şirkətlərin flaqman prosessorları və Apple şirkətinin keçən ilki A14 Bionic prosessoru ilə müqayisə ediblər. Nəticə isə ondan ibarətdir ki, yeni A15 Bionic qeyd edilmiş bütün mobil prosessorları geridə qoyub. Geekbench məlumatlarına əsasən Apple A15 Bionic prosessoru bençmarkın birnüvəli testində 1734 xal, çoxnüvəli testində isə 4818 xal toplayır. Prosessorun qrafik çipinin performans göstəricisi 14.216 xal kimi dəyərləndirilib.

Bu isə keçən ilki A14 Bionic prosessorunun göstəricisindən 55% çoxdur. Bununla belə A15 Bionic-in mərkəzi prosessorunun hesablayıcı gücü keçən A14 Bionic-dəkini yalnız 10% üstələyir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Snapdragon 898-in təsdiq edilməmiş Geekbench nəticələrinə əsasən o, birnüvəli testdə 720 xal, çoxnüvəli testdə isə 1919 xal toplayıb. Samsung-un Exynos 2200 prosessoruna gəldikdə isə o, Geekbench-in birnüvəli testində 1073 xal, çoxnüvəli testində 3398 xal toplayıb. Heç istisna deyil ki, sözügedən prosessorların testləri zamanı onların final versiyalarından yox, mühəndis versiyalarından istifadə edilib.


Etiketlər:  Apple Bionic rəqibləri geridə qoydu


RƏYLƏR