Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2021 22:16
Avstraliya Fransa ilə sualtı qayıqların alınmasına dair müqavilədən imtina etdikdən sonra fransız siyasətçilər ölkənin NATO-dan çıxması məsələsini qaldırıblar.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Milli Birlik Partiyası ölkənin NATO-dan tamamilə çıxmasını, Respublikaçılar Partiyası təşkilatın fövqəladə Zirvə görüşünün çağırılmasını və Fransanın təşkilatın komandanlığından ayrılmasını tələb edib.
"Yenilməz Fransa" və Fransa Kommunist partiyaları da eyni fikri təkrarlayıb. Fransanın üzləşdiyi diplomatik böhranla əlaqədar fransız siyasi partiyalarından 2022-ci il prezident seçkilərinə namizədlər ölkənin NATO-dan çıxmasının vacibliyini bildiriblər. Bəzi siyasətçilər Fransanın NATO-nu tərk etməli və ABŞ asılılığından qurtulmalı olduğunu vurğulayıblar.