Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Üzümün faydaları

Üzümün faydaları

Tarix: 23 Sentyabr 2021 04:03

Üzüm uzunömürlü sarmaşığa bənzər meynə kolunun meyvəsidir. Onun meyvələri növlərindən asılı olaraq ağ, sarı, yaşıl, tünd-göy, bənövşəyi, qırmızı, qara gənglərdə və yumuru, uzunsov olur. Təkcə MDB ölkələrində üzümün 3000 növü yetişir. Üzümdən qədim zamanlardan istifadə edilib və bu giləmeyvə bütün zamanların ən sevimli meyvələrdən biri sayılıb. Üzüm kolu insanlar tərəfindən yetişdirilərək artırılır. O özünə qarşı xüsusi qulluq tələb edən bitkilərdəndir. Alimlər orta yaşlı insanın ehtiyacı olan bütün vitamin, makro və mikro elementləri üzümdən ala biləcəyini sübut etmişlər. Belə ki, insan il boyu 65-70 kiloqram üzüm yeyərsə, onun 1 illik vitamin və mineral balansı ödənmiş olur. Bu barədə insanların çoxunun xəbəri olduğuna görə bazarlarda satılan üzümün miqdarı günü-gündən artır. Üzüm məhsuldar bir meyvədir. Düzgün qulluq edildikdə bir üzüm kolundan 25 kq meyvə götürmək mümkün olur.
100 qram üzümün qida dəyəri:
- Zülallar - 0,6 qr
- Yağlar - 0,6 qr
- Karbohidratlar - 15,5 qr
- Su - 80,4 qr
- Kalori - 72 kKal.
Üzümün tərkibində 2-6% təbii turşular, 60% alma turşusu, 40% üzüm, limon və başqa turşular var. Üzümün turş dadmasına səbəb isə onun tərkibində olan sərbəst turşulardır. Üzümün tərkibi makro və mikro elementlərlə zəngindir. Tərkibində kaliumun çox olması üzümün ürək-damar xəstəlikləri üçün faydalı olduğunu sübut edir. Belə ki, üzümün tərkibində çoxlu miqdar kalium, maqnium, marqanes, kolbat, nikel, aliminium, kremin, sink, bor, xlor və s. var. Üzümün tərkibində müxtəlif fermentlər, hormonlar, vitaminlər, zülallar və çoxlu miqdarda təbii turşular var.
Üzümün tərkibi aşağıdakılarla zəngindir:
- A vitamini - 0,1 mr
- B1 vitamini - 0,05 mr
- B2 vitamini - 0,02 mr
- B3 vutamini - 0,3 mr
- B6 vitamini - 0, 6 mq
- C vitamini - 6 mq
- Biotin - 4 mq
- K vitamini - 4 mkq
- P vitamini - 45 mkq.
Üzümün tərkibi tokoferol, riboflovin, tiamin və erqokalsiferolla da çox zəngindir. Üzümün tərkibi pektinlə, əvəzoluna bilən və əvəz oluna bilməyən amin turşularla (lizin, qistidin, arqini, metionin, leysin və s.) doludur. Üzümün faydasının orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə nail olmaq üçün onu iki yemək arasında olan məsafə zamanı yemək lazımdır. Onu yeməkdən 1,5 - 2 saat sonra yemək orqanizm üçün daha faydalıdır. Üzüm bir çox xəstəliklərin baş verməsinin qarşısını alır. Onun tərkibində 150-dən çox bioloji aktiv maddə var. Mütəmadi olaraq üzüm yemək insanda bir çox xəstəliklərin əmələ gəlməsinin qarşısını alır. Tünd rəngli üzüm bəlğəmgətirici təsirə malik olur və ondan bronxit, plevrit və ağciyərin vərəm xəstəliyi zamanı istifadə etmək xəstəliyin əlamətlərini aradan qaldırır. Üzüm giləsinin qabığında efir yağları, fitosterin maddələr, reveratrol-təbii fenol var. Böyrəklərin xroniki xəstəlikləri, qanazlığı, artrit, həzm sistemi narahatçılıqları, oynaqlarda ağrılar zamanı üzüm yemək xəstəliyin əlamətlərini azaldır. Üzümün tərkibində olanlar maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmdən artıq sidik turşusunun xaric olmasına səbəb olur. Gün ərzində az miqdar da olsa üzüm şirəsi içmək orqanizmin tonusunu yüksəldir, orqanizmi möhkəmləndirir. Sinir sistemi xəstəlikləri zamanı, qıcolmalarda, əzələlərin tonusu zəiflədiyində, üzüm şirəsi içmək xəstəliyin əlamətlərinin aradan qalxmasına səbəb olur. Üzüm şirəsinin müsbət xüsusiyyətlərindən biri də onun bağırsaqlarda köp və qaz əmələ gətirməməsidir.
Üzüm şirəsi orqanizmə sidikqovucu, bakteriasid, qəbizlik əleyhinə, öskürəkkəsici təsir göstərir. O qandan xolesteriin miqdarını azaldır, Amma üzüm şirəsini içərkən onu yeməkdən ən azı 1 saat əvvəl içmək lazımdır. Üzüm yarpaqlarının tərkibindən 2% şəkər, çoxlu miqdarda təbii turşular var. Üzüm tumalarının tərkibinin 20%-ni yağ turşuları, qətran maddələr, flabofen, lesitin, vanilin və sirkə turşusu var. Üzüm çəyirdəyi orqanizmə aktiv antioksidant təsir göstərir. Üzüm ağacının kökündə C vitamini, alkoloidlər, qlikozidlər, Si, Na, P, Fe, Cu var. Üzüm ağacının cavan zoğlarını yemək insanda olan kəskin baş ağrılarını azaldır, gözlərdə olan qaşınma əlamətlərini aradan qaldırır. Cavan zoğlar və ya üzüm yarpaqlarından əldə edilən şirə isə mədəni möhkəmləndirir, ürəkbulanmanı kəsir, qanlı qusmanı müalicə edir, bağırsaq və mədə yaralarını sağaldır, ödün tamamilə boşalmasına səbəb olur.
Üzüm şirəsinin saçlara sürtdükdə saçlar uzanır və möhkəmlənir.
Üzüm yarpaqlarından alınan şirə qanhayxırmanın da qarşısını alır.
Üzüm ağacının cavan zoğlarını qaynadıb ona şəkər əlavə edərək içmək ürəkdöyünməni azaldır, iştahanı artırır, spirtli içki qəbulundan sonra meydana çıxan toksikoz əlamətlərini aradan qaldırır.
Müasir tibbdə üzüm yarpaqlarından qəbizliyi aradan qaldırmaq üçün istifadə edilir. Üzüm yarpaqlarının soyuq suda dəmləməsini görmənin yaxşılaşması üçün istifadə edirlər. Dəmləmə revmatizma xəstəliyinin əlamətlərini aradan qaldırır. Dəmləməni hazırlamaq üçün 350 qram üzüm yarpaqlarını 3 litr soyuq suya salıb 3 gün saxlamaq və gün ərzində az-az içmək lazımdır. Üzüm yarpaqları cinsi zəifliyi aradan qaldırır. Qurudulmuş üzüm yarpaqlarını toz halına salıb burun qanaxmaları zamanı buruna tökdükdə qanaxma dayanır, yaraların üstünə tökdükdə sağalır. Üzüm şirəsi nevrasteniyanı, isteriyanı, ürəyin funksional xəstəliklərini sağaldır.
Üzümün zərərli xüsusiyyətləri
Şəkərli diabet xəstələrinə, diareyadan, kəskin və xroniki kolitdən, enterekolitdən əziyyət çəkənlərə çoxlu miqdarda üzüm yemək məsləhət görülmür. Ağır formalı vərəm xəstələrinə də həddindən çox üzüm yemək tövsiyə edilmir. III-IV dərəcəli piylənmə, xroniki qəbizlik, öden, mədə və onikibarmaq bağırsaq yarası xəstələri də üzüm yemək istəyərkən diqqətli olmalıdırlar. Mədəsində onkoloji xəstəlik aşkarlanan adamlara da üzüm yemək tövsiyə edilmir.
Üzüm və üzümdən hazırlanan məhsullara qarşı allergiyası olan xəstələrə üzüm yemək olmaz.

Milli.Az


Etiketlər:  Üzümün faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ