Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2021 15:56
Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman verib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, fərmanla Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın 7.1.76-cı yarımbəndindən "İqtisadiyyat Nazirliyi," sözləri çıxarılır.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılır.
Qeyd edək ki, "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın 7.1.76-cı yarımbəndi Abşeron yarımadasındakı göllərin ekoloji vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, o cümlədən, Böyükşor gölünün reabilitasiyasını nəzərdə tutur.
Bu işlərin icrası ilə məşğul olan qurumlar İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Azərsu" ASC nəzərdə tutulutdu.
Dəyişikliyə görə, İqtisadiyyat Nazirliyi bu siyahıdan çıxarılır.