Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2021 08:12
Culep(ərəb. Julab - gül suyu) sakitləşdirici və susuzluğu aradan qaldıran içkidir. Onun əsas tərkibini təzə nanə təşkil edir. Onun hazırlanması zamanı aşağıdakılardan istifadə edilir.
* spirtli içki
* sirop
* mineral mətbəx suyu
* təzə meyvə və giləmeyvələr.
Culepdən dərmanların, miksturaların və tinkturaların hazırlanmasında istifadə edilir. Culep barədə amerika yazıçıları Con Miltonun və Samuel Pepisin əsərlərində də qeydlərə rast gəlinir. Bu yazıçıların qeydlərindən sonra culep bütün dünyada məşhur olmuşdur. Adətən Amerikada burbon tərkibli culeplar hazırlanır. Qədim zamanlarda bu içki kiçik və qapaqlı gümüş qablaşdırmalarda satılıb.
Klassik culep reseptində onun şəkər və ya şəkər siropu, nanə, likör(bəzən rom, viski, burbun, konyak, vodka və s. müxtəlif alkohollu içki) və buzdan istifadə edilir. Culep enli və hündür stəkanlarda satılır. Sərin qalması üçün onu soyuducuda və ya dondurucuda saxlayırlar. Nanəli culep kokteyli çox dadlı olur. Onu alma, şaftalı, nar, çiyələk, üzüm, albalı şirəsi və müxtəlif giləmeyvələrdən də əlavə edərək qəbul etmək mümkündür.
Culepin faydalı xüsusiyyətləri
Culep isti günlərdə ən çox içilən içkilərdəndir. O susuzluğu yatızdırır, orqanizmə gümrahlıq və sərinlik bəxş edir. Onun tərkibində olan mentol orqanizmə müalicəvi təsir göstərir. Culep orqanizmə antiseptik, spazmolitik, damar genişləndirici təsir göstərir. Culep sinir sistemini sakitləşdirir, həzmi sürətləndirir, iştahanı artırır, ürəkbulanma və qusmanı kəsir. Culep ürək əzələsini möhkəmləndirir, ürəkdöyünməni aradan qaldırır, ürək ritmini normallaşdırır, ürəyin qan dövranını yaxşılaşdırır. Culep şəkərli diabet xəstələrinə müsbət təsir göstərir. O öd axınının sürətləndirir, mədəaltı vəzin fəaliyyətini yaxşılaşdırır.
Limonlu culep hazırlamaq üçün 200 qram limon şirəsi, 50 qram təzə nanə şirəsi, 10 qram nanə siropu və buzdan istifadə edilir. Onun tərkibi vitaminlərlə(C, A, B, P)zəngindir. Limonlu culep orqanizmdən toksinlərin xaric olunmasını sürətləndirir, qara ciyəri təmizləyir.
Moruq culepi hazırlamaq üçün 180 ml moruq şirəsi,10 qram nanə siropu, təzə moruq və buzdan istifadə edilir. Onun tərkibində orqanizm üçün lazım olan B, C, A, E, PP vitaminləri və müxtəlif mikroelementlər var. Culepin tərkibində olan moruq cinsi orqanların fəaliyyətinə təsir edir. O qan dövranını sürətləndirir, mədənin yumşaq toxumasınıln işini stimulyasiya edir.
120 ml albalı şirəsi, 60 qr təzə sıxılmış şam şirəsi, 20 qr nanə siropu və buz qatılmış culepin tərkibi B1, B2, C, E, PP vitaminləri ilə zəngindir. Onun tərkibində olan mikroelementlər qan damarlarının, xırda qapillyarların fəaliyyəıtini sürətləndirir. Bu içki susuzluğu aradan qaldırır və iştahanı artırır.
Culepin zərərli xüsusiyyətləri
Güclü istilər zamanı çoxlu miqdarda culep içmək məsləhət görülmür. Bu bədən temperaturunun disbalansının pozulmasına səbəb olur. Culep soyuq halda içildiyi üçün ondan çox istifadə etmək soyuqlama xəstəliklərinə və yuxarı tənəfüs yollarının iltihabi xəstəliklərinə səbəb oila bilir. Yuxusuzluqdan və təzyiqin aşağı olmasından əziyyət çəkənlərə culep içmək məsləhət görülmür.
Tərkibindəki mentola qarşı allergiyası olanlara gulep içmək tövsiyə edilmir. Sonsuzluqdan və hamilə qalmamaqdan şikayət edənlərə culep içmək olmaz. Culep yumurtalıqların fəaliyyətini və onların yetişməsini ləngidir.