Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Balakən sakinindən narkotik vasitə götürülüb

Balakən sakinindən narkotik vasitə götürülüb

Tarix: 17 Aprel 2019 11:21

Bakı. Trend:

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı rayonun Gərəkli kənd sakini 27 yaşlı Anar Dibirov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 430 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Balakən sakinindən narkotik vasitə götürülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ