Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2021 15:44
Kayseridə qardaşı və bibisini öldürən Yusuf T-nin soyuqqanlı şəkildə cinayəti izah etməsi hər kəsi şoka salıb.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, qatil "boğazımı iplə sıxdım. Sonra ip qırıldı, qardaşım yerə yıxıldı. Nə etdiyimi bilmirdim, özümü itirdim. Sonra da qadını boğdum" deyib. Əməliyyatçılar cəsədləri təndirdən tapıblar.
O da bəlli olub ki, qətl qatilin oğlunun gözü qarşısında baş verib. Oğlu ona polisə gedib təslim olmağı bildirəndə qatil "polis bölməsinə gedib hər şeyi danışsam, qardaşımın uşaqları sənə düşmənçilik edəcək" deyib. "Onları çuvala qoyub basdırmaq ağlıma gəldi. Sonra iki cəsədi betonla örtdüm" deyib.
Kamran Seyidov