Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putindən ona yaraşan qərarı gözləyirik - Abdullah Ağar

Putindən ona yaraşan qərarı gözləyirik - Abdullah Ağar

Tarix: 29 Sentyabr 2021 14:42

"Rusiya ilə inkişaf etdirdiyimiz əməkdaşlıqlar sırasına rəqabətli əməkdaşlıq, mübarizə əməkdaşlığı, ziddiyyətli əməkdaşlıq kimi münasibətlərin hamısını birtəhər sınaqdan keçirdik. Bundan sonra aramızda hansısa əməkdaşlıq forması qalıbmı? Var, indi ölümcül mogambo (siyasi fantastika) vaxtıdır".

Bunu Sonxeber.net-a açıqlamasında türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

Türkiyəli ekspert bildirib ki, Soçidə Zəngəzur dəhlizinin açılması məsələsinin müzakirə olunacaq:

"Bu gün Soçidə çox önəmli bir görüş var. Rəcəb Tayyib Ərdoğan ilə Vladimir Putin İdlibdə baş verən hücumlar, gərginliklərlə yanaşı Rusiya ilə Türkiyənin iş birliyi etdiyi və yaxud qarşı-qarşıya gəldikləri bütün məsələlər barədə müzakirələr aparacaqlar. Təbii ki, bu mövzulardan biri də Qarabağdır. Qarabağda hazırda mövcud olan vəziyyətin və Zəngəzur dəhlizinin açılması məsələsinin müzakirə olunacaq mövzular sırasında yer alacağı istisna edilmir. Qarabağda atəşkəslə bağlı Rusiyanın önəmli bir cavabdehliyi var. 

Belə bir sual ortaya çıxır: niyə 10 noyabr bəyanatının icrası gecikir? Niyə Qarabağda sülhməramlı kontingentin müvəqqəti yerləşdirildiyi ərazilərdə Ermənistanın manipulyasiyaları ilə qarşı-qarşıya qalırıq və Rusiya niyə buna imkan verir?

Rusiyanın bu mövzuda bəyanatın mətninə sadiq qaldığını düşünürük, amma digər tərəfdən də gördüyümüz və duyduğumuz xoşagəlməz məsələlər var. Bu vəziyyətdə Rusiyanın bəyanatın altına atdığı imzaya görə Putinə və Rusiyaya yaraşan bir reaksiya gözləyirik. Açığı Ərdoğan mütləq Qarabağla bağlı Azərbaycanın, Türkiyənin həssaslığını dilə gətirəcəyi fikrindəyəm". 

Təhməz Əsədov


Etiketlər:  Putindən yaraşan qərarı gözləyirik Abdullah Ağar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ