Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elinin fəxri olan vətən oğlu - VİDEO

Elinin fəxri olan vətən oğlu - VİDEO

Tarix: 30 Sentyabr 2021 18:26

Bu gün şəhid Elşən Abbasovun şəhadətinin ildönümüdür

Şəhid atası qəhrəmanlığı, şücaəti və şəhadəti ilə əsl Vətən oğlu olan övladı Elşən Abbasovdan danışır.

Milli.Az Real TV-yə istinadən bildirir ki, 44-günlük Vətən müharibəsində torpaqlarımızın 30 illik işğaldan azad edilməsində Elşən də rəşadət göstərərək düşmənə ağır zərbələr vurdu. Beyləqan rayon Birinci Şahsevən kəndində anadan olan Elşən Abbasov hərbi qulluqçu olaraq Azərbaycan ordusunda 8 il xidmət göstərib. O, aprel döyüşləri, Tovuz hadisələri zamanı da fədakar hərbçi kimi ön cəbhədə mübarizə aparıb. Vətən müharibəsi başlayanda da döyüşlərə atılan Elşən sentyabrın 28-də Füzulinin Qorqan kəndində qəhrəmancasına şəhid olub.

Bu gün onun şəhadətindən 1 il ötür. Doğmaları onun fiziki yoxluğuna üzülsə də, ucaldığı zirvənin fəxarəti ilə təskinlik tapırlar:

Elşəndən vətənə iki qız övladı yadigar qalıb. Vətən müharibəsində göstərdiyi igidliyə görə Elşən Abbasov Prezident İlham Əliyev tərəfindən "Cəsur döyüşçü", "Vətən uğrunda" ,"Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Milli.Az


Etiketlər:  Elinin fəxri olan vətən oğlu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ