Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Braziliyada ağır yol qəzası: ölənlər və yaralılar var

Braziliyada ağır yol qəzası: ölənlər və yaralılar var

Tarix: 30 Sentyabr 2021 22:30

Braziliyanın Mundu-Novu bələdiyyəsi ərazisində baş verən ağır yol qəzasında azı 12 nəfər həlak olub.

Milli.Az "Report"a istinadən bildirir ki, ağac daşıyan yük avtomobili qarşıdan gələn sərnişin avtobusu və furqonla toqquşub. Qəza nəticəsində daha 22 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan 6-sı ağır vəziyyətdədir.

Qəzanı törədən yük avtomobilinin sürücüsü hadisə yerindən qaçaraq gizlənib. Polis onun axtarışlarına başlayıb.

Hadisənin başvermə səbəbi müəyyənləşdirilir.

Milli.Az


Etiketlər:  Braziliyada ağır yol qəzası ölənlər yaralılar var


RƏYLƏR