Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın məşhur silah tədarükçüsü həbs edildi

Ermənistanın məşhur silah tədarükçüsü həbs edildi

Tarix: 1 Oktyabr 2021 12:02

Ermənistanda "Patron David" adı ilə məşhur olan silah tədarükçüsü David Qalstyan həbs olunub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Sputnik Ermənistan" yayıb.

Məlumata əsasən, "Royalsys Engineering ltd" şirkətinin rəhbəri olan David Qalstyan ölkənin keçmiş müdafiə naziri David Tonoyanla birgə böyük həcmdə pul vəsaitini mənimsəməkdə və sənədlərin saxtalaşdırılmasında təqsirli bilinir.

Qalstyan Kentron və Nork-Maraş rayonlarının ümumi yurisdiksiya məhkəməsinin qərarına görə, 2 ay müddətinə həbs olunub.

Həmçinin oxuyun: Ermənistanın keçmiş müdafiə naziri həbs edildi

Qeyd edək ki, Tonoyan və Qalstyan təqribən 4,7 milyon dollar vəsaiti mənimsəməkdə, ictimai təhlükəli əməllər törətməkdə və saxtakarlıqda təqsirli bilinirlər. Bununla yanaşı, David Qalstyan ölkənin Müdafiə Nazirliyinə köhnə və yararsız artilleriya mərmiləri tədarük etməkdə günahlandırılır.

Xatırladaq ki, D. Qalstyan cari ilin fevralın 2-si Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən məhz bu səbəbdən həbs olunmuşdu. Belə ki, o, Müdafiə Nazirliyi ilə 1983-1986-cı illərdə istehsal olunan toplar üçün mərmilərinin tədarükü barədə müqavilə bağlayıb. Buna baxmayaraq, tədarük zamanı bağlanmış müqavilənin tələblərinə cavab verməyən, yəni 1977-ci il istehsalı olan Çexiya silahları üçün köhnə mərmilər təhvil verilib. Bununla belə, Qalstyan Ermənistan Kassasiya Məhkəməsinin qərarı ilə martın 17-si azadlığa buraxılmışdı.


Etiketlər:  Ermənistanın məşhur silah tədarükçüsü həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ