Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qızıl örtüklü telefonlar - Onlar kimin üçün istehsal olundu? - 498 min dollar

Qızıl örtüklü telefonlar - Onlar kimin üçün istehsal olundu? - 498 min dollar

Tarix: 2 Oktyabr 2021 02:36

Lüks smartfon istehsalçısı "Caviar", yüksək əyyarlıq qızıl örtüklü xüsusi "iPhone" 13 Pro Max modellərini təqdim edib.

Milli.Az lent.az-a istinadən məlumat verir ki, Rusiyada yerləşən lüks smartfon qabı və xüsusi iPhone istehsalçısı "Caviar", son həftələrdə təqdim edilən "iPhone" 13 Pro Max modeli üçün xüsusi bir seriya istehsal edib. Tamamilə yüksək əyyarlı qızıldan hazırlanan "iPhone" 13 Pro Max, telefonun seriya nömrəsi və model məlumatları üzərində diqqətlə hazırlanıb və həkk olunub. Bununla birlikdə, xərcləməyə pulu olanlar üçün "Caviar", müxtəlif saxlama qabiliyyətinə malik "Total Gold"-a bir sıra "iPhone" 13 modellərini də daxil edib.

Ən aşağı yaddaş tutumuna malik modelin qiyməti 42 390 dollardan başlayır, qızıl örtüklü "iPhone" Pro Max isə 498 min dollara satılır.

Milli.Az


Etiketlər:  Qızıl örtüklü telefonlar Onlar kimin üçün istehsal olundu 498 min dollar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ