Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2021 23:34
"Taliban" hərəkatı Əfqanıstanın Çin və Tacikistanla dövlət sərhədlərini qorumaq üçün intiharçılardan ibarət xüsusi batalyon yaradıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu Bədəxşan əyalətinin qubernator müavini Molla Nisar Əhmədi deyib.
"Lashkar-e Mansur" adlı intihar batalyonuna daxil olan silahllılar əvvəlki hökumətin silahlı qüvvələrinə, eləcə də Vaşinqtonun başçılıq etdiyi beynəlxalq koalisiyanın hərbçilərinə qarşı terror hücumlarında iştirak ediblər.
"Bu batalyon olmasaydı, ABŞ -ı məğlub etmək mümkün olmazdı. Bu döyüşçülər xüsusi partlayıcı qurşaq kəmərləri taxaraq Əfqanıstandakı Amerika bazalarını partladıblar", - qubernator müavini əlavə edib.