Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyada qəzaya uğrayan təyyarə milyarder və ailəsini daşıyırmış...

İtaliyada qəzaya uğrayan təyyarə milyarder və ailəsini daşıyırmış...

Tarix: 5 Oktyabr 2021 08:54

İtaliyada havaya qalxdıqdan bir müddət sonra qəzaya uğrayan və göyərtəsində 8 nəfərin olduğu şəxsi təyyarədə rumıniyalı milyarder Dan Petrescu və ailəsi olub.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, qəzada ölənlər arasında Rumıniyanın ən varlı iş adamlarından Dan Petrescu, həyat yoldaşı, oğlu və ailə dostlarının olduğu bildirilib.

Yerli mətbuat 68 yaşlı milyarder D.Petrescu tərəfindən idarə olunan tək mühərrikli "Pilotus PC-12" model təyyarənin Milanın "Linate" aeroportundan havaya qalxdıqdan qısa müddət sonra San Donato bölgəsindəki istifadə olunmayan binanın üzərinə düşdüyünü yazıb.

Sardiniya adası istiqamətində hərəkət edən təyyarədəki 8 nəfərdən sağ qalan olmayıb.

İtaliyanın Hava Təhlükəsizliyi Agentliyi qəza ilə bağlı araşdırmalara başlayıb.

Milan Baş Prokurorluğundan prokuror Tiziana Siciliano təyyarənin qara qutusunun tapıldığını və araşdırmaya başlayacaqlarını açıqlayıb.

Qəzadan sonra Milanın bələdiyyə sədri Cüzeppe Sala da hadisə yerində olub, araşdırmalar aparıb.


Etiketlər:  İtaliyada qəzaya uğrayan təyyarə milyarder ailəsini daşıyırmış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ