Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Roma Papası kilsələrdə minlərlə uşağın cinsi istismara məruz qalmasına münasibət bildirib

Roma Papası kilsələrdə minlərlə uşağın cinsi istismara məruz qalmasına münasibət bildirib

Tarix: 6 Oktyabr 2021 10:02

Roma Papası Fransisk kilsədə cinsi təcavüzü araşdıran müstəqil komissiyanın yaydığı hesabata münasibət bildirib.

Qeyd edək ki, kilsələrdə uşaqların cinsi istismarını araşdırmaq üçün 2018-ci ildə yaradılan müstəqil komissiyanın hesabatına əsasən, Fransada kilsələrdə 1950-ci ildən 2020-ci ilə qədər 216 min uşaq cinsi istismara məruz qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Roma Papası Fransisk Katolik Kilsəsindəki pedofiliya ilə bağlı hesabatın məzmunundan dərin mənəvi əzab keçirdiyini vurğulayıb.

Bu barədə Müqəddəs Taxt-tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni açıqlama verib.

Xatırladaq ki, 1950-ci ildən bəri Fransa Katolik Kilsəsində 2900-3200 arasında pedofil keşiş və ya kilsənin digər üzvlərinin fəaliyyət göstərdiyini aşkarlanıb.

2500 səhifəlik hesabatda həm cinayətkarların sayı, həm də qurbanların sayı əks olunub.

Milli.Az


Etiketlər:  Roma Papası kilsələrdə minlərlə uşağın cinsi istismara məruz qalmasına münasibət bildirib


RƏYLƏR