Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəngəzur dəhlizi barədə faktlar - VİDEO

Zəngəzur dəhlizi barədə faktlar - VİDEO

Tarix: 6 Oktyabr 2021 16:10

Ermənistan Sovet dövründə də yolun çəkilməsinə mane olub

İndi münaqişə bitib. Azərbaycanın işğaldan azad edilən ərazilərində tam yeni infrastruktur yaradılır, evlər və sosial obyektlər tikilir, yeni yollar salınır, hava limanları inşa edilir, tarixi-mədəni abidələr bərpa olunur. Təbii ki, bütün bunlar Qarabağın gələcək turizm potensialının da artmasına hesablanıb. Azərbaycanın tarixi qələbəsi işğal altında olan ərazilərimizin azad edilməsi ilə yanaşı, regionun geosiyasi reallığını da dəyişdirib. Artıq bölgənin inkişafı üçün yeni imkanlar yaranıb. Dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət edən bu imkanlar mövcud kommunikasiyaların bərpası və yeni nəqliyyat əlaqələrinin yaradılmasını özündə ehtiva edir. Bu, regional iqtisadi əməkdaşlığın inkişafı və region ölkələri arasında işgüzar əlaqələrin gücləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə əsas nəqliyyat əlaqələrindən biri Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirən yolun açılmasdır. Məsələ Sovet dövründə də aktual olub.Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirən avtomobil yolunun çəkilməsinin həm iqtisadi, həm də strateji baxımdan mühüm əhəmiyyətə malik olması sovet dövründə diqqət mərkəzində olmuşdu. Ona görə də yolun açılması üçün müvafiq göstəriş verilib. Lakin o zamankı Ermənistan rəhbərliyi hər vəchlə bunun reallaşmasına mane olmağa çalışıb.

Sonxeber.net Real TV-yə istinadən bildirir ki, bu barədə uzun illər Azərbaycan SSR Avtomobil Yolları Tikinti və İstismar nazirinin müavini vəzifəsində çalışan Mahir Ələkbərov açıqlamasında bildirib.

Mahir Ələkbərovun sözlərinə görə, Ermənistan rəhbərliyi danışıqları pozurdu və Ermənistan yolun çəkilməməsi üçün bütün variantlara əl atıb.

Mahir Ələkbərov həmçinin vurğulayıb ki, indi regionda yaranan yeni geosiyasi vəziyyət bu layihənin mümkünlüyünü bir daha ortaya çıxarıb. Hər fürsətdə 30 ildir nəqliyyat blokadasında olduğunu ifadə edən Ermənistanın özünütəcriddən xilas edilməsi indi öz əlindədir. Lakin, görünür, Ermənistan rəhbərliyi öz əhalisinin rifahını, ölkənin gələcəyini zəmanət altına almaq fikrində deyil.


Etiketlər:  Zəngəzur dəhlizi barədə faktlar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ