Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kovid peyvəndindən sonra trombozun qarşısını necə almalı? - TÖVSİYƏ

Kovid peyvəndindən sonra trombozun qarşısını necə almalı? - TÖVSİYƏ

Tarix: 6 Oktyabr 2021 22:12

ABŞ alimləri elmi tədqiqat nəticəsində sübut ediblər ki, kovid peyvəndindən, hətta təbii virusla xəstəlikdən sonra yaranan immunitet antitelləri tromboz yaranmasına səbəb ola bilər.

Milli.Az xəbər verir ki, buna görə də xroniki və yaşlı xəstələr vaksinasiyadan öncə və sonra tromboz analizi, yəni koaquloqramma verməlidir. Əgər problem aşkarlanarsa, onlar mütləq qandurulducu preparatlar içməlidir.

Bu metodla vaksindən sonra da trombozdan qaçmaq olar.

ABŞ Milli tibb kitabxanasının saytında yeni kovidin antitellərinin tromboz riski yaratdığı barədə yazılıb.

Adətən bu problem öncədən qan laxtalanması, ürək-damar, şəkər problemləri olanlarda, kovidi çox ağır keçirənlərdə rast gəlinir.

Mütəxəssislər peyvənddən 2 həftə öncə və sonra antiaqreqant və antikoaqulyant içmələrini tövsitə edir. Bu tromb riskini azaldacaq.

Əgər insanda laxtalanma ilə bağlı ciddi problem yoxdursa, amma vaksindən qorxursa, trombozdan çəkinirsə, sakitlik üçün kardiomaqnil içə bilər. /medicina.az

Milli.Az


Etiketlər:  Kovid peyvəndindən sonra trombozun qarşısını necə almalı TÖVSİYƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ