Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Payız fəslinin ən faydalı məhsulları...

Payız fəslinin ən faydalı məhsulları...

Tarix: 7 Oktyabr 2021 07:54

Yaxın zamanlarda qışın yaxınlaşmasına görə, payız aylarında orqanizmi lazımi vitamin və mikroelementlərlə təmin etmək gərəkdir.

Payız fəslinin, bütün qış ərzində sizi enerji ilə təmin edə biləcəyi bir çox energetik meyvə və tərəvəzləri vardır. Onlardan ən faydalı olanlarını sizə təqdim edirik:

1. Balqabaq - tərkibində dəmirin çoxluğuna əsasən tərəvəzlər arasında lider  olan bu məhsul, B, C, E, D, PP vitaminləri və həmçinin orqanizmdə mübadilə prosesslərinə təsir edən çox nadir  T vitamini ilə zəngindir. Balqabaq, pektin telləri sayəsində orqanizmdən artıq xolesterini, toksin və şlakları çıxarma gücünə malikdir.

2. Alma - payız aylarında tez tez rast gəlinən, halsızlıq, anemiya və ürək damar xəstəlikləri zamanı köməyimizə çatır. Alma dərini sağlamlaşdırır, həzmə kömək edir və görmə qabiliyyətini yaxşılaşdırır.

3. Çuğundur - selülloz, dəmir, maqniy, mis, fosfor və C vitamini ilə çox zəngindir. Tərkibində orqanizmi enerji və davamlılığı təmin edən xeyli miqdarda karbohidratların olmasına baxmayaraq, az kalorili sayılır.

4. Kök - karotinin 1 nömrəli mənbəyi. Bu məhsul, qanı təmizləyir, orqanizmdən toksin və ziyanlı maddələri çıxarır, maddələr mübadiləsini normallaşdırır və həmçinin bütün daxili orqanların aktivliyini artırır.

5. Üzüm - güclü antioksidant. O, miqrenlə mübarizədə çox kömək edir, üzüm şirəsi isə orqanizmi bir anda enerji ilə təmin edən təbii energetik içki sayılır.

6. Gavalı - hipertoniyanın ən yaxşı dərmanı. Bu meyvə kəllədaxili qan dövranını yaxşılaşdıraraq baş ağrılarının qarşısını alır.

7. Göbələk - tərkibində zülalın miqadrına görə lider sayılır. Aterosklerozun və orqanizmdə xolesterinin yığılmasının qarşısına almağa kömək edir .

8. Moruq - orqanik turşular, efir yağları və vitaminlərin mənbəyi. Giləmeyvə kapilyarları möhkəmləndirir və iltihab xəstəlikləri ilə mübarizədə kömək edir.

9. Armud - təbii enerji mənbəyi. Yorğunluq və depressiya ilə mübarizədə kömək edir. Tərkibi çoxlu sayda bioaktiv maddələrlə zəngindir.

10. Kələm - bitki zülalı və vitaminlərlə zəngindir. Selüllozun olması isə onun orqanizmdən şlak və xolesterinin çıxarılmasını təmin edir.

Tutqun hava qəmginlik, halsızlıq və depressiya üçün əsas deyil. Sadaladığımız meyvə və tərəvəzlər bu kimi problemlərlə mübarizə üçün yaxşı üsuldular. Rasionunuza bu məhsulları əlavə etməklə siz orqanizminizi  vitamin, mikroelement  və makroelemetlərlə təmin etmiş olacaqsınız...bu isə həm sağlamlıq,  həm də əhval ruhiyyə baxımından çox xeyirlidir.


Etiketlər:  Payız fəslinin faydalı məhsulları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ